Putin mayın 9-da “xüsusi hərbi əməliyyat”ın sona çatdığını elan edə bilər…

Putin mayın 9-da “xüsusi hərbi əməliyyat”ın sona çatdığını elan edə bilər…

“Rusiya artıq müharibədə məğlubiyyətin qaçılmaz olduğu ilə barışıb və yeni “xoş məramlı jest” üçün bəhanə axtarır…”

 

“Rusiyanın hərbi-siyasi rəhbərliyi “xüsusi hərbi əməliyyat”ın sona çatdığını elan edə və tam müdafiə rejiminə keçə bilər…”

 

 

 

Rusiya prezidenti Vladimir Putin artıq mayın 9-da üzdəniraq “xüsusi hərbi əməliyyat”ın sona çatdığını elan edə bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan “Espresso” telekanalına müsahibəsində bəyan edib.

 

Onun sözlərinə görə, Putin öz “qələbəsini” elan edə bilər və deyə bilər ki, “xüsusi hərbi əməliyyat” uğurla nəticələnib, axı, Rusiya yeni əraziləri zəbt etməyi bacarıb.

 

“Putin guya vəzifələrinin icra olunduğu üzdəniraq “xüsusi hərbi əməliyyat”ı başqa rejimə keçirə bilər”, – Svitan deyib.

 

O, xatırladıb ki, hadisələrin inkişafının belə variantını “Vaqner qrupu” özəl hərbi şirkətinin direktoru Yevgeni Priqojin artıq informasiya məkanına ötürüb.

 

Aprelin ortalarında o, bəyan edib ki, Rusiya Ukraynada qarşıya qoyduğu bütün vəzifələri icra edib və indi “xüsusi əməliyyat”ı sona çatdırmağın zamanı yetişib.

 

Svitanın sözlərinə görə, Rusiya vətəndaşları, hərbi-siyasi komandanlığı buna neytral yanaşıb, dəstək verməyib, lakin təkzib də etməyib. Bu o deməkdir ki, belə ideya istisna edilməyib.

 

“Ona görə də hərbi-siyasi rəhbərlik bu cür qərar qəbul edə, “xüsusi hərbi əməliyyat”ın sona çatdığını elan edə və tam müdafiə rejiminə keçməyə və orada mövqe tutmağa cəhd göstərə bilər”, – Svitan güman edib.

 

59 yaşlı polkovnik Roman Svitan hərbi təyyarəçi olub. 2014-cü ildə Donbasda döyüşüb. Elə orada da rusiyalı hərbçilərə əsir düşüb.

 

Tanınmış ukraynalı jurnalist Vladimir Rubanın məsələyə müdaxiləsi ona kömək edib. Svitan ona Rusiya əsirliyində olması, onun məruz qaldığı təhqirlərdən danışıb. Özünü “Azov” alayının döyüşçüləri kimi girov adlandırıb.

 

Svitan müntəzəm olaraq Rusiya-Ukrayna müharibəsində hadisələr üzrə ekspert qismində çıxış edir, Yuliya Latıninanın Rusiya publisistikası efirlərinin, “Politeka” kanalının, “Qordonun qonaqları”, “24 kanal” və digər populyar media meydançalarının tez-tez dəvət edilən qonağıdır.

 

Rusiyalılar müharibədə məğlubiyyətə hazırlanır – bəlli olanlar…

 

Rusiyanın işğalçı qoşunlarının Ukraynaya qarşı müharibədə uğurlarının olmaması fonunda rusiyalı təbliğatçılara cəmiyyəti Rusiyanın qələbəsinə kökləmək qadağan edilib. 

 

O cümlədən Kreml Ukrayna Silahlı Qüvvələrinin əkshücumu haqqında KİV-lər üçün yeni metodiki tövsiyə hazırlayıb, burada təbliğatçılara diqqəti Ukraynanın Qərb silahının almasına yönəltməyə çağırış edilir.

 

Politoloq Andrey Piontkovski deyir ki, Rusiya artıq müharibədə məğlubiyyətin qaçılmaz olduğu ilə barışıb və yeni “xoş məramlı jest” üçün bəhanə axtarır. Bunun üçün Rusiya rəhbərliyi uzağa gedə bilər, hətta texnogen fəlakət törədə bilər.

Mənbə

Share: