Azərbaycan klubunun sabiq futbolçusu narkotacir olduğunu etiraf edib

“Bakı” klubunun narkotik alverində ittiham olunan sabiq futbolçusu Serxio Kontreras Pardo məhkəmə qarşısına çıxıb.

40 yaşlı keçmiş hücumçu günahını etiraf edib. O, narkotik maddələrin alınması və yayılması ilə məşğul olan dəstəyə başçılıq etdiyini bildirib.

İspaniyanın Malaqa şəhərinin prokurorluğu daha əvvəl Koke ləqəbli keçmiş futbolçuya 16 il iş istəyib. Lakin onun günahını etiraf etməsindən sonra bu, 6 ilə endirilib.

Qeyd edək ki, Serxio Kontreras Pardo 2019-cu ildə narkotik alverində iştirak etdiyinə görə həbs edilib. 8 ay həbsdə qaldıqdan sonra 15 min avro girov ödəyərək şərti azadlığa buraxılıb. Koke bu ilin martında yenidən saxlanılıb.

Karyerası ərzində Fransada “Marsel”, İspaniyada “Malaqa” kimi klubların da formasını geyinmiş Serxio 2012-ci ildə “Bakı”da oynayıb.

Mənbə: surinenglish.com

Mənbə

Share: