BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Sentyabr 23 2019

Xəzərdə 4 nəfər boğuldu


Bu gün yerli vaxtla saat 06:30-da İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizinin Mahmudabad sahillərində 4 nəfər boğulub.

Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti xilasetmə və dalğıc idarə heyətinin rəhbəri Nəqi Kərimian deyib.

N.Kərimianın sözlərinə görə, boğulanlardan biri itkin düşüb, biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Rəsmi əlavə edib ki, 2 nəfər də insanların köməyi ilə ölümdən xilas olub.