Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın Baş naziri Mamuka Baxtadze istefa verib.

Milletinsesi.az xəbər verir ki, Baxtadze bu barədə özünün Feysbuk səhifəsində yazıb.

“Mən öz postumu tərk etməyə qərar verdim. Hesab edirəm ki, indiyə qədər öz missiyamı yerinə yetirmişəm”, – Baxtadze bildirib.

Qeyd edək ki, Baş nazir Mamuka Baxtadzeni vəzifəsində Daxili İşlər naziri Georgi Qaxariyanın əvəzləyəcəyi bildirilir.

Share: