Paşinyan Xovayevlə Azərbaycanı müzakirə edib

Paşinyan Xovayevlə Azərbaycanı müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Görüş zamanı İrəvanla Bakı arasında münasibətlərin normallaşmasından, regional əlaqələrin blokadadan açılmasından danışılıb.

 

Paşinyan qeyd olunan məsələlərlə bağlı erməni tərəfinin yanaşmalarını təqdim edib.

Mənbə

Share: