BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Sentyabr 23 2019

Bakının bəzi ərazilərində qaz olmayacaq


Bu gün Bakının bəzi ərazilərində qazın təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Milletinsesi.az-a verilən məlumata görə, bu gün ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı saat 11:00-dan 12:00-dək Binə kəndində, saat 12:00-dan 13:00-dək Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisi və saat 14:00-dan 16:00-dək Hövsan qəsəbəsi və kəndində qaz təchizatı dayandırılacaq