“Mayın 19-da Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar nizamlanma məsələlərinin bütün spektri üzrə aparılacaq”.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə parlamentdə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.
O, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın pulunu ödədiyi Rusiya silahını almaması ilə bağlı bəyanatını təsdiqləyib.
“Silah həqiqətən Ermənistana çatmayıb. İşlər davam edir. Biz bu işi davam etdirməyə çalışırıq. Ödənişlər edilib, silahlar gəlməyib”, – o qeyd edib.


