BQXK-nın maşınları yenidən Laçın-Xankəndi yolundan keçdilər

BQXK-nın maşınları yenidən Laçın-Xankəndi yolundan keçdilər

Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar məqsədlər üçün istifadəsinə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, avtomobillərin keçidi zamanı sənədlər prosedura uyğun olaraq yoxlanılıb.

 

Bundan sonra isə onların sərbəst şəkildə keçidi üçün şərait yaradılıb.

 

Qeyd edək ki, BQXK-nın Ermənistandakı nümayəndəliyinin əməkdaşı Zara Amatuni aprelin 29-dan etibarən təşkilat tərəfindən humanitar daşımaların dayandırdığını deyib. Buna səbəb olaraq isə bəzi prosedur qaydalarının icra edilməsi barədə müzakirələrə ehtiyac olduğunu göstərib.

 

Ermənilər isə iddia edir ki, nəzarət-buraxılış məntəqəsindən humanitar məqsədlər üçün istifadə edilməsinə guya Azərbaycan tərəfi əngəl yaradır.

 

Lakin videodan da göründüyü kimi, Azərbaycan sərhədçiləri BQXK-nın humanitar daşımalarına hər hansı əngəl törətmir, nəzarət-buraxılış məntəqəsində keçid üçün normal şərait yaradır.

Mənbə

Share: