Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı

Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı

Almaniyanın Ankaradakı səfiri Jürgen Şults Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Almaniyada iki türk jurnalistinin saxlanılması olub.

 

Bildirilib ki, XİN bu addımı qınayıb. Səfirə rəsmi şəkildə narazılıq ifadə olunub.

 

Məlumata görə, saxlanılan jurnalistlər “Sabah”ın əməkdaşları olub.

Mənbə

Share: