CHP bələdiyyəsi ilə bağlı araşdırma başladıldı

CHP bələdiyyəsi ilə bağlı araşdırma başladıldı

Türkiyə Daxili İşlər Nazirliyi Tekirdağ vilayətinin böyükşəhər bələdiyyəsinin məmurlarına qarşı araşdırma başladıb.

 

Modern.az xəbər verir ki, buna səbəb zəlzələ qurbanlarının qaldıqları oteldən çıxarılmasına cəhd edilməsi barədə şikayətlərin daxil olması olub.

 

Nazirliyin yaydığı açıqlamada bildirilir ki, şikayətlər seçkilərdən dərhal sonra edilib.

 

“Bələdiyyənin baş katibi və digər məsul şəxslərlə bağlı araşdırmalara başlanılıb”, – Nazirlik qeyd edib.

Mənbə

Share: