Bayden ilk dəfə Xirosimaya getdi

Bayden ilk dəfə Xirosimaya getdi

ABŞ prezidenti Co Bayden Yeddilər qrupunun (G7) mayın 19-21-də Xirosima şəhərində keçiriləcək sammitində iştirak etmək üçün Yaponiyaya səfər edib.

 

Modern.az xəbər verir ki, onun təyyarəsi ABŞ-ın Yamaquti prefekturasının İvakuni şəhərində yerləşən dəniz piyadalarının aviabazasına enib.

 

Bayden oradan Yaponiyanın Baş naziri Fumio Kisida ilə ikitərəfli görüşün planlaşdırıldığı Xirosima şəhərinə gedəcək.

 

Qeyd edək ki, Co Bayden dövlət başçısı postunda Xirosima şəhərini ziyarət edən ikinci ABŞ prezidenti olacaq. Bundan öncə 2016-cı ildə Barak Obama II Dünya müharibəsinin sonlarında ABŞ tərəfindən atom bombardmanına məruz qalan şəhərə səfər etmişdi.

Mənbə

Share: