
“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində nəzərəçarpacaq nəticə yoxdur”.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Minskdə KTMT PA Şurasının iclasında bildirib.
“Eyni zamanda, ölkələr arasında müəyyən razılaşmalar da təsbit edilib”, – spiker əlavə edib.
O, həmçinin qeyd edib ki, bir çox məsələlər hələ də həll olunmamış qalır və normallaşma prosesinin özü də ilkin şərtsiz olmalıdır:
“Regionda sülhün bərqərar olması Ermənistanın güddüyü məqsəddir”.


