Britaniya Ukraynaya indiyədək 300-dən çox zirehli texnika verib

Britaniya Ukraynaya indiyədək 300-dən çox zirehli texnika verib

Böyük Britaniya Ukraynaya indiyədək 300-dən çox zirehli texnika verib.

Bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippinin parlamentin sorğusuna yazılı cavabında deyilir.

Onun sözlərinə görə, Ukraynaya indiyədək “Challenger 2” tankları, AS90 özüyeriyən haubitsaları, “Stormer” özüyeriyən zenit silahları daxil olmaqla 300-dən çox zirehli texnika təhvil verilib.

Mənbə

Share: