
“Biz “ATA” İttifaqının prezidentliyə namizədi Sinan Oğanın təkliflərini qəbul etməyəcəyik”.
Bunu “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, seçkilərin ikinci turunu hansısa siyasətçi yox, Türkiyə xalqı həll edəcək.
R.T.Ərdoğanın sözlərinə görə, 28 may Türkiyə demokratiyası üçün yeni təcrübə olacaq: “Xalqımızın gələcək bazar günündə baş tutacaq seçkilərdə demokratiya üçün seçki məntəqələrinə gedəcəyinə inanıram”.


