
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ATA İttifaqının namizədi Sinan Oğanı qəbul edəcək
Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb
Bildirilir ki, görüş Türkiyə Prezidentinin ofisində keçiriləcək.
Xatırladaq ki, mayın 14-də keçirilən prezident seçkilərinin ilk turunda Sinan Oğan 5%-dən çox səs toplayıb. O, ikinci turda hansı namizədi dəstəkləyəcəyini açıqlamayıb.


