G7 liderləri sammitin bitməsinə bir gün qalmış yekun kommünike qəbul ediblər

G7 liderləri sammitin bitməsinə bir gün qalmış yekun kommünike qəbul ediblər

G7 liderləri Xirosima sammitinin bitməsinə bir gün qalmış yekun kommünike qəbul ediblər.

Onlar xüsusilə Çinlə konstruktiv və sabit münasibətlər qurmağa hazır olduqlarını bildiriblər.

G7 liderləri Tayvan boğazında sabitliyin vacibliyini bir daha təsdiqlədilər və “Vahid Çin” siyasətinə sadiqliklərini vəd ediblər.

G7 liderləri Ukraynanı dəstəkləməyə davam edəcəklərini və Rusiyanın “xərclərini artırmaq” üçün tədbirlər görəcəklərini təsdiqləyiblər.
Sammit iştirakçıları “nüvə silahı olmayan dünya”ya və kimyəvi və bioloji silahlara dair konvensiyaların effektiv şəkildə həyata keçirilməsinə çağırıblar.

Bəyanatda deyilir ki, G7 liderləri 2050-ci ilə qədər karbonsizləşdirmə və temperatur artımını 1,5 dərəcə səviyyəsində saxlamağa sadiq olduqlarını bir daha təsdiqləyirlər.

Mənbə

Share: