Ukrayna ordusu ötən gecə Rusiyanın 20 “Şahed”ini məhv edib

Ukrayna ordusu ötən gecə Rusiyanın 20 “Şahed”ini məhv edib

Ukrayna ordusu ötən gecə Rusiyanın İran istehsalı olan 20 “Şahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrindən bildirilib.

Həmçinin Rusiya ordusunun “Merlin-VR” kəşfiyyat aparatı da vurulub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Mənbə

Share: