Qarabağa qanunsuz səfər edən türkiyəli jurnalistdən ölkəmizə qarşı növbəti böhtan

Türkiyəli jurnalist, 2009-cu ildə Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən və bununla əlaqədar Azərbaycanda “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Nagehan Alçı Türkiyədə keçirilən prezident seçkisinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən Sinan Oğanı ittiham edib.

O öz “Twitter” hesabında yazdığı statusda Sinan Oğanın etnik kimliyini mübahisələndirib.

Jurnalist bununla da kifayətlənməyərək Azərbaycan Prezidentinin ünvanına həqiqətə uyğun olmayan fikirlər yazıb.

Qeyd edək ki, Nagehan Alçı Türkiyədə xarici paytaxtlardan qidalanan, Corc Sorosun fondlarından maliyyə dəstəyi alan jurnalist kimi məşhurluq qazanıb. Nagehan Alçı Beynəlxalq Böhran Qrupunun əməkdaşı olub. O, vaxtı ilə erməni separatizmini dəstəkləmək məqsədi ilə Qarabağa səfər etmişdi. Nagehan Alçı Azərbaycanın “qara siyahısı”nda olan yeganə Türkiyə vətəndaşı olub. Nagehan Alçı bununla da kifayətlənməyərək Türkiyə mətbuatında Azərbaycanı lağa qoymağa cəhd göstərib. Bu şəxs sırf Türkiyə vətəndaşı olduğuna görə adı “qara siyahı”dan çıxarılıb.

Türkiyənin ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan özünün “Twitter” hesabında Nagehan Alçının böhtanlarına cavab verib:

“Nagehan xanım, siz də hamı kimi mənim keçmişimlə bağlı qınamağa bir şey tapa bilməyəndə öz təxəyyülünüzü satmağa başladınız? Sizcə, biz bilmirik ki, sizin məqsədiniz Azərbaycan Prezidentinin Türkiyədə daxili siyasətə qarışdığını iddia etmək və Türkiyədə anti-Azərbaycan cəbhəsi yaratmaqdır?! Deyəsən, Azərbaycana giriş qadağanızın olmasının acısı keçməyib!”

Mənbə

Share: