Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Prezidentin mayın 23-də imzaladığı sərəncamla Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırılıb, onun yerinə Seymur Qurban oğlu Mərdəliyev təyinat alıb.