“Tüstü çəkildikdən sonra havada qəribə acı qoxu hiss edilib…”
“Rusiyada son zamanlar strateji obyektlərdə yanğın halları artıb…”
Bu gecə Moskvada Rusiya Müdafiə Nazirliyinin binası tüstülənib. Yerli sakinlər Frunze sahil küçəsindəki binanın yaxınlığında tüstülənmə və “acı plastik qoxu” barədə məlumat verib.
Moderator.az xəbər verir ki, bu barədə “msk1.ru” nəşri məlumat yayıb.
Məlumatda deylir ki, tüstü çəkildikdən sonra havada qəribə acı qoxu hiss olunub. Bunu xüsusilə yaxınlıqda yerləşən binaların sakinləri hiss edib.
Bu zaman Rusiya KİV-ləri baş verənlərin iki müxtəlif fərziyyəsini irəli sürüb, biri eyvanda yanğın, digəri generatorun buraxılışı zamanı tüstülənməsidir.
Rusiyanın “Shot” nəşri qeyd edib ki, hadisə yerinə yanğınsöndürənlər gəlib və Rusiya Müdafiə Nazirliyi binasının ərazisində yanğın aşkar etməyib.
“Yaxınlıqda “texnoloji proses” gedib. Güman edilir ki, dizel generatoru tüstülənib”, – jurnalistlər Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verib. Zərərçəkənlər barədə məlumat verilməyib.
Lakin Rusiyanın SİTA agentliyi təxirəsalınmaz xidmətlərdəki mənbəyə istinadən məlumat verib ki, hər halda yanğın baş verib. Bu, eyvanların birində olub. Yanğının səbəbləri dəqiqləşdirilmir.
Rusiya Müdafiə Nazirliyində dəqiqləşdirilib ki, yanğın komandası hadisə yerinə gəlmiş FHN əməkdaşları ilə birgə tüstülənmə mənbəyini operativ olaraq lokallaşdırıb.
Rusiyada strateji obyektlərdə yanğın halları artıb
Son zamanlar Rusiyanın bir çox şəhərlərində, o cümlədən Moskvada mühüm müdafiə obyektlərində, anbarlarda, həmçinin elmi-tədqiqat mərkəzlərində yanğın halları xeyli artıb.
Regionların hakimiyyəti bir qayda olaraq bunun səbəblərinin “bədbəxt hadisə” və ya “qısa qapanma” olduğunu iddia edir.