İtaliya A Seriyasında VII turun oyunları keçirilir.
Son çempion “Napoli” “Leççe”nin qonağı olub.
Qarşılaşma Neapol təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0.
Hesabı 16-cı dəqiqədə Leo Ostiqor açıb. 51-ci dəqiqədə Viktor Osimhen fərqi iki topa çatdırıb. 88-ci dəqiqədə Canluka Qaetano üçüncü topu vurub. Qarşılaşmada son nöqtəni isə 90+5-ci dəqiqədə penaltidən fərqlənən Mateo Politano qoyub.
Bu qələbədən sonra xallarını 16-ya çatdıran “Napoli” üçüncü pilləyə yüksəlib. “Leççe” bir pillə geriləyərək yeddinci yerə düşüb. Komandanın 11 xalı var.