“Milan”ın futbolçusu Zlatan İbrahimoviç İtaliya A seriyasının tarixinə düşüb.
Qol.az “Opta”ya istinadən xəbər verir ki, isveçli hücumçu Milan derbisində qol vuran ən yaşlı oyunçu olub. O, 38 yaş 129 günlüyündə ölkə çempionatının 23-cü turunda keçirilən “İnter”lə matçda (2:4) fərqlənib.
Qeyd edək ki, bundan əvvəlki rekord “Milan”ın sabiq futbolçusu Nils Lidholma (38 yaş 43 gün) məxsus idi.