A seriyası əfsanəvi basketbolçu Kobi Brayantın faciəli ölümü ilə bağlı “Milan”ın keçirmək istədiyi aksiyaya qarşı çıxıb.
Qol.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Torino” ilə ölkə kubokunun 1/4 final matçına qara sarğı ilə çıxmaq, bununla da Brayantın xatirəsinə ehtiramlarını ifadə etmək istəyiblər. Lakin liqa rəhbərliyi hələlik bəlli olmayan səbəblərdən bu ideyanın əleyhinə olub.
İddia edilir ki, A seriyasıın bu mövqeyinə baxmayaraq, “Milan” nəzərdə tutduğu aksiyanı gerçəkləşdirmək niyyətindədir.
Qeyd edək ki, “Milan” – “Torino” oyunu bu gün Bakı vaxtı ilə saat 23.45-də “San-Siro” stadionunda başlayacaq.