AB Roma Statutunu ratifikasiya etmiş dövlətləri öhdəliklərini yerinə yetirməyə çağırıb. Söhbət Rusiya Prezidenti Vladimir Putinin həbsindən gedir, çünki Beynəlxalq Cinayət Məhkəməsi onun barəsində order verib.
Millətin Səsi.az xəbər verir ki, müvafiq bəyanat Vyanada ATƏT-in Daimi Şurasının iclası zamanı verilib.
AB köçkün düşmüş ukraynalı uşaqların və digər mülki şəxslərin taleyindən dərin narahat olduğunu bildirib:
“AB bir daha Rusiya və Belarusu onların Ukraynaya təhlükəsiz qayıtmasını dərhal təmin etməyə çağırır. Birlik Rusiyadan qanunsuz azadlıqdan məhrum etmiş bütün şəxsləri, o cümlədən ATƏT-in həbs edilmiş üç əməkdaşının dərhal azad edilməsini tələb edir”.