Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Avropa Birliyinin rəhbərliyinə Rusiyanın qarşısının alınmasıyla bağlı uzunmüddətli strategiya hazırlaşmağı məsləhət görüb.
Bu barədə məlumat AB-nin xarici siyasətinin reallaşdırılması barədə illik hesabatında yer alıb. Hesabatda Rusiya AB üzvlərinin təhlükəsizliyi üçün birbaşa təhdid hesab edildiyi vurğulanıb.
Hesabatda Rusiya hakimiyyətinin Avropanın bütövlüyünün pozulması üçün aktiv cəhdlər etdiyi də açıqlanıb./axar.az