Abdullahian özünə Xəzər dənizi üzrə köməkçi təyin etdi 

İran xarici işlər nazirinə yeni köməkçi təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə “Lena” agentliyi məlumat yayıb.

 

Bildirilir ki, Əlirza Cahangiri nazir Hüseyn Əmir Abdullahianın Xəzər dənizi məsələləri üzrə köməkçisi olacaq.

 

Qeyd edək ki, Cahangiri bundan əvvəl İranın Niderlanddakı səfiri, Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatdakı daimi nümayəndəsi və XİN-də İdarə rəisi vəzifələrində çalışıb.

Mənbə

Share: