İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian avqustun 3-də İslamabadda pakistanlı həmkarı Bilaval Bhutto Zərdari ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Görüş zamanı ikitərəfli əlaqələr, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsi, ölkələr arasında əsirlərin mübadiləni və sərhəd təhlükəsizliyi müzakirə olunub.
İran və Pakistanın xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirəcəyi bildirib