ABŞ-ın İndiana ştatının qubernatoru Erik Holkomb abortu qadağan edən qanunu imzalayıb.
Milletinsesi .az xəbər verir ki, dövlət başçısı sənədi bir gün əvvəl imzalayıb, müvafiq qanun layihəsi İndiana ştatının Nümayəndələr Palatası və Senatı tərəfindən qəbul olunub.
Qanunanun layihəsində ananın həyatına təhlükə olduğu hallar, həmçinin 20 həftəyə qədər ölümcül fetal anomaliyalar kimi istisnalar nəzərdə tutulur.
Bundan əlavə, hamiləlik zorlama və ya qohumluq əlaqəsi nəticəsində olarsa, aborta icazə veriləcək.
Yeni qanun sentyabrın 15-dən qüvvəyə minəcək.