ABŞ Əsədin əmioğlularına sanksiya qoydu

ABŞ Suriya prezidenti Bəşər Əsədin iki əmisi oğlu da daxil olmaqla 6 nəfərə yeni sanksiyalar tətbiq edib.

 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb kimi onların təhlükəli amfetaminin istehsalında və ya ixracında rol oynadıqları göstərilir.

 

Bildirilib ki, kaptaqon ticarətinin milyard dollarlıq bir dövriyyəsi olduğu təxmin edilir.

 

“Müttəfiqlərimizlə qeyri-qanuni narkotik gəlirləri ilə Bəşər Əsəd rejimini dəstəkləyənləri cəzalandıracağıq və rejimin Suriya xalqına qarşı repressiyalarını davam etdirməsinə imkan verən digər maliyyə vasitələrinin qarşısını alacağıq”, – deyə qeyd olunub.

Mənbə

Share: