“ABŞ 1945-ci ildə Yaponiyanı atom bombardmanına məruz qoymaqla əsl simasını göstərib”

“ABŞ 1945-ci ildə Yaponiyanı atom bombardmanına məruz qoymaqla əsl simasını göstərib”

“ABŞ bu gün öz vassallarının əlilə bütün dünyada hibrid müharibələri aparır…”

 

“Yaponiya öz vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına deyil, yeni ərazilərin qəsb edilməsinə hədəflənib…”

 

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev militarist Yaponiya üzərində Qələbə Günü münasibətilə Cənubi Saxalinskdə keçirilən tədbir çərçivəsində bəyan edib ki, ABŞ 1945-ci ildə Yaponiyanı bombardman etməklə əsl simasını göstərib.

 

Moderator.az xəbər verir ki, bu barədə “gazeta.ru” nəşri məlumat yayıb.

 

Onun sözlərinə görə, bu gün Birləşmiş Ştatlar bütün dünyada “vassallarının əlilə hibrid müharibələri aparmaqla” tamamilə eyni cür davranır.

 

“1945-ci ildə Amerika qoşunları Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə nüvə bombaları atıb. Bəllidir ki, bunun hərbi mənası olmayıb. Amerika yalnız özünün imperiya ambisiyalarını və kobud gücünü nümayiş etdirib”, – o, vurğulayıb.

 

Medvedev bu yaxınlarda Kuril adaları yaxınlığında Yaponiyanın keçirdiyi hərbi təlimləri şərh edib. Bu barədə o, SİTA agentliyi jurnalistlərinə müsahibəsində deyib.

 

Rusiya Hərbi-Sənaye Komissiyası sədrinin birinci müavini Tokioya militarizasiyaya son qoymağa və ikinci dünya savaşından sonra dünyada formalaşan vəziyyətlə, nəhayət, barışmağa çağırış edib.

 

Medvedev qeyd edib ki, hazırda Asiya-Sakit okean regionunda gərginliyin xeyli artması müşahidə edilir və burada Yaponiya da iştirak edir, hakimiyyət fəal şəkildə militarizasiya siyasəti yeridir:

 

“Yaponiya ordusunun Kuril adaları yaxınlığında qoşun təlimləri keçirilir və bu, Asiya-Sakit okean regionunda vəzyyəti mürəkkəbləşdirir”, – o, deyib.

 

Medvedev həmçinin xatırladıb ki, ötən əsrdə Yaponiya bu yolla getməyə cəhd edib, lakin bunlar acınacaqlı sonluqla bitib.

 

Öz müsahibəsində Medvedev qeyd edub ki, son zamanlar Tokio diqqəti hərbi infrastrukturun inkişafına, başqa ölkələrdən silah alışına, əvvəllər xaricdə hərbi əməliyyatlara qüvvədə olan məhdudiyyətlərin aradan qaldırılmasına yönəldir. 

 

Onun sözlərinə görə, Yaponiya hakimiyyəti öz vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşmasına deyil, yeni ərazilərin qəsb edilməsinə və hərbi hökmranlığının bərqərar edilməsinə hədəflənib:

 

“Təəssüf ki, Tokio militarizasiyanın xeyrinə olmayan faktların olduğu keçmişə nəzər salmır. Hakimiyyət zümrəsi, nəhayət, ikinci dünya savaşının nəticələrini tanımalı və öz xalqının rifahı naminə bununla barışmalıdır”.

 

Xatırladaq ki, avqustun 28-də Yaponiya, ABŞ və Kanadanın bir həftə davam edən hərbi təlimləri başa çatıb. Təlimlər Kuril adalarının şərq sahilində keçirilib. 

 

Üç ölkənin hərbçiləri Yaponiyanın texniki imkanlarının təkmilləşdirilməsi və Şimali Amerika dövlətləri arasında münasibətlərin möhkəmləndirilməsi üzrə tədbirləri sınaqdan keçirib.

 

Proqram çərçivəsində iki “F-35” qırıcı təyyarəsi Yaponiya adalarından birindən Avstraliyanın hərbi bazasına uçuş həyata keçirib. Tarixdə bu tip texnikanın başqa qitədə yerləşdirilməsi halı olmayıb.

Mənbə

Share: