ABŞ 300 mindən çox venesuelalının statusunu ləğv etmək istəyir

ABŞ 300 mindən çox venesuelalının statusunu ləğv etmək istəyir

ABŞ prezidenti Donald Trampın administrasiyası Ali Məhkəmədən 300 mindən çox Venesuela vətəndaşının “müvəqqəti qorunan şəxs” statusundan məhrum edilməsinə icazə verən qərar çıxarmağı xahiş edib.

Millətin Səsi.az xəbər verir ki, bu məlumatı” Politico” qəzeti yayıb.

Qəzetin yazdığına görə, ABŞ Ədliyyə Nazirliyi məhkəmədən Tramp administrasiyasının Venesuela vətəndaşlarını öz ölkəsini tərk etməyə məcbur olduqdan sonra ABŞ-da qalmaq üçün qanuni əsaslardan qanunsuz olaraq məhrum etməsinə dair qərarı dayandırmağı xahiş edib.

Qeyd edək ki, Venesuelalılara “müvəqqəti qorunan şəxslər” statusu 2021-ci ilin martında verilib və o vaxtdan bu yana dəfələrlə uzadılıb. Bu, ABŞ-da müəyyən bir ölkənin vətəndaşlarına iş və müvəqqəti yaşamaq icazələrinin verilməsini nəzərdə tutur. Lakin bu status daimi yaşayış hüququ vermir.

Share: