ABŞ-a adekvat cavab verməyə məcbur olacağıq

ABŞ-a adekvat cavab verməyə məcbur olacağıq

“Rusiya təhlükəsizlik arxitekturasının yenilənməsi ilə bağlı dialoqa çağırır”.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib.

 

“Kosmik silahlanma yarışının qarşısının alınmasına dair sənədin hazırlanması zərurəti ABŞ-ın proqramlarına görə artıb. Rusiya Federasiyası START məhdudiyyətlərinə sazişdə iştirakını dayandırdıqdan sonra da riayət edir. ABŞ-ın Ukraynadakı münaqişəyə cəlb olunması nüvə güclərinin birbaşa toqquşması ilə nəticələnə bilər. Silahlara nəzarət sistemindəki problemlər NATO-nun atdığı destruktiv addımlarla bağlıdır. Qərb Lavrovun Cenevrədəki tərksilah konfransındakı çıxışına məhdudiyyətlər qoymaqla Rusiya ilə dialoqdan uzaqlaşmağa çalışır. ABŞ nüvə sınaqları keçirərsə, Rusiya Federasiyası adekvat cavab verməyə məcbur olacaq”, – deyə o bildirib.

Bu xəbər ilə bağlı

Lavrov G20 sammitində Qərbi tənqid etdi


Xəbəri oxu

Mənbə

Share: