ABŞ alimləri koronavirusun 80 faiz ölümə səbəb olan yeni ştammını yaradıb

ABŞ-ın Boston universitetinin tədqiqatçıları iddia edir ki, koronavirusun 80 faiz ölümə səbəb olan yeni ştammını işləyib hazırlayıb. Bu ştamm koronavirus pandemiyasının ilk dəfə oyanışından sonra innovasiya eksperimentləri seriyası nəticəsində yaradılıb.

 

Moderator.az xəbər verir ki, bu barədə “Böyük Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.

 

Yeni versiya “omikron” virusunun Uhanda aşkar edilən orijinal virusun kombinasiyasından ibarətdir.

 

Universitetin məlumatlarına görə, yeni virusla yoluxan siçanların 80 faizi tələf olub. 

 

Həmçinin məlumat verilib ki, siçanlar “omikron”un təsirinə məruz qalanda onlarda yüngül əlamətlər müşahidə edilib.

 

Bu tədqiqat Florida və Bostondan olan bir qrup alimlər tərəfindən aparılıb.

 

Onlar “omikron”dan tikanlı zülalı çıxarıb Uhanda epidemiya başlanandan ilk dəfə aşkar edilən ştammla birləşdirib.

 

Daha sonra onlar siçanların hibrid ştamma necə reaksiya verdiyini qeyd edib.

 

“Əgər “omikron” yüngül və ölümcül olmayan xəstəlik törədirsə, ilkin virusun genləri ilə “omikron”un genlərini daşıyan yeni virus 80 faiz ölümlə nəticələnən ağır xəstəlik törədir”, – bunu tədqiqatçılar yazıb.

 

Onlar əlavə edib ki, yeni ştamm “omikron” ştammına nisbətən beş dəfə çox virus hissəciklərindən ibarətdir.

Mənbə

Share: