ABŞ Kuk adaları və Niuenin müstəqilliyini tanıyıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
“Sakit okean adalarının təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır. ABŞ Sakit okean adası ölkələrindəki proqramlara 810 milyon dollardan çox vəsait ayıracaq. Bu yardımların 330 milyonu iqlim dəyişikliyi ilə bağlı yeni investisiya və proqramlara aiddir. ABŞ bu ölkələrlə hər sahədə əlaqələrini davam etdirəcək. Kuk adaları və Niuenin suverenliyini tanıdığımızı elan etməkdən məmnunam”, – deyə Bayden vurğulayıb.