
Vaşinqton Çinə məxsus hava şarının ABŞ hava məkanına müdaxiləsi ilə əlaqədar Çin Ordusu ilə əlaqəli qurumlara qarşı tədbir görə bilər.
Modern.az xəbər verir ki, bu barədə “The New York Times” qəseti məlumat yayıb.
Bildirilir ki, hazırda ABŞ Çin ordusu ilə əlaqəli qurumlara qarşı tədbir görülməsi imkanlarını araşdırır.
Qeyd olunur ki, hava şarının istehsalçısının birbaşa Çin ordusu ilə əlaqəli olduğu ehtimal edilir.
Akif İsmayılov