ABŞ Çin aviaşirkətlərinə qoyduğu qadağanı ləğv etdi

ABŞ Nəqliyyat Nazirliyi Çin aviaşirkətlərinin ölkə limanlarına uçuşuna qoyulan qadağanı ləğv edib. Qərarın iyunun 16-da qüvvəyə minməsi gözlənilir.

Çinin rəsmiqəzeti “Jenmin Jibao” bu barədə məlumat yayıb.

Bildirilir ki, Çində koronavirusun yayılmasınınazalmasıhava nəqliyyatı ilə səyahət edən sərnişinlərinsayıni artırıb. Belə ki, ötən cümə günü Çin aviaşirkətləri 11 333 reys həyata keçiribvə 1 milyon 36 min sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə reyslərin sayının cəmi 38,5% azalması deməkdir.

İyunun 4-də Çin həftədə bir dəfə xarici aviaşirkət uçuşları üçün ölkənin ən böyük şəhərlərindəki bir sıra hava limanlarının açılacağını elan etdikdən sonra ABŞ müvafiq qadağanı ləğv edib.

Qeyd edək ki, son zamanlariki ölkə arasındamünasibətlər koronavirus pandemiyası fonunda pisləşib.

Share: