ABŞ Çin nəhəngini qara siyahıya saldı

ABŞ Çin nəhəngini qara siyahıya saldı

ABŞ Ticarət Nazirliyi “Huavei” telekommunikasiya şirkətini özünün 70 filialı ilə birgə qara siyahısına salıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb. Məlumata görə, bu qərar şirkətin bir sıra məhsullarının satışını çətinləşdirəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan öncə ABŞ şirkətlərinin milli təhlükəsizlik üçün risk kəsb edən firmalar tərəfindən hazırlanmış telekommunikasiya qurğularından istifadənin qadağan edilməsi haqqında qanun imzalayıb.

Share: