Amerika Birləşmiş Ştatlarının Merilend ştatında evlərdən birinin qarşısında atışma olub.
Bu barədə “Associated Press” məlumat yayıb.
Annapolis şəhərində baş verən atışma nəticəsində 3 nəfər ölüb, bir o qədər də şəxs yaralanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, insidentə səbəb tərəflər arasındakı şəxsi münaqişə səbə olub.
Hadisə ilə bağlı araşdırma aparılır.