ABŞ-ın Los-Anceles ştatında 5,5 bal gücündə zəlzələ olub.
Milletinsesi.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.
Bildirilir ki, zəlzələ Los-Ancelesdən 193 kilometr şimal-qərbdə yerləşən Ridqesrest rayonunda yerin 7 kilometr dərinliyində qeydə alınıb.
Yeraltı təkanlar Hollivud da daxil olmaqla, Kaliforniya ştatının cənub hissəsində hiss edilib.
Zəlzələ zamanı tələfat qeydə alınmayıb.