ABŞ-da HIMARS sistemi üçün yeni raket sınaqdan keçirilib

ABŞ-da HIMARS sistemi üçün yeni raket sınaqdan keçirilib

“Raketin maksimal uçuş məsafəsi əvvəlki versiyasının 80 km-ə qarşı 150 km təşkil edir…

 

Bu sınaqlar son iki il ərzində davam edib

 

ABŞ-da M142 HIMARS və M270 MLRS sistemləri üçün peşəkar sınaqlar uğurla həyata keçirilib. Söhbət təsir radiusu artırılmış ER GMLRS raketlərindən gedir.

 

Moderator.az xəbər verir ki, bu barədə HIMARS sistemlərinin istehsalçısı olan “Lockheed Martin” şirkəti məlumat verib. Məlumatı “korrespondent.net” nəşri yayıb.

 

Bu şirkət həmçinin hərbi texnika və silah satışı üzrə dünya lideridir.

 

“Hər bir sınaq sistemin HIMARS buraxılış qurğusu ilə inteqrasiya olunmaq qabiliyyətini, habelə uçuş məsafəsi, trayektoriyası və mərminin dəqiqliyini göstərib”, – şirkətin bəyanatında deyilir.

 

Sınaqlar Nyu-Meksiko ştatındakı “White Sands Missile Range (WSMR) raket poliqonunda keçirilib. Sınaqlar zamanı alternativ və unitar döyüş başlıqları olan raketlərdən istifadə edilib.

 

Raketin maksimal uçuş məsafəsi əvvəlki GMLRS versiyasının 80 km-ə qarşı 150 km-dəkdir.

 

Sınaqlar başa çatdıqdan sonra “Lockheed Martin” şirkəti ABŞ ordusunda istismar sınaqlarını davam etdirəcək.

 

Silah sınağı-digər xəbərlər

 

2023-cü ilin noyabrında Fransanın müdafiə naziri Sebastyen Lekornyu M51.3 qitələrarası ballistik raketin uğurlu sınaqları barəsində məlumat verib.

 

Fransalı nazir qeyd edib ki, bu hadisə Fransanın nüvə çəkindirici qüvvələrinin etibarlılığını təsdiq edir və buraxılış qurğusunun mükəmməlliyini sübut edir.

 

Oktyabr ayında Türkiyədə “Albatros Kamikadze İDA Swarm” kamikadze-katerin ilk sınaqları keçirilib.

 

Bu kater Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilib. Qeyd edilib ki, hədəf bir neçə dəqiqə ərzində suyun dibinə batıb.

Mənbə

Share: