ABŞ-ın Oklahoma və Texas ştatlarında baş vermiş qasırğa nəticəsində azı 5 nəfər həlak olub.
Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, daha 20 nəfər müxtəlif xəsarətlər alıb.
Qeyd olunur ki, 3 nəfər Texasın Onalaska şəhərində təbiət hadisəsinin qurbanı olub.
Qasırğa zamanı küləyin sürəti saniyədə 18 metrə çatıb.
Hər iki ştat ərazisində infrastruktura da ciddi ziyan dəyib.