ABŞ-ın Nyu York şəhərində koronavirus (COVİD-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilən azərbaycanlı, 1968-ci il təvəllüdlü Sakit Hüseyn oğlu Hüseynov vəfat edib.
Milletinsesi.az Report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan Rusiya vətəndaşı S.Hüseynov ötən gün yatdığı xəstəxanada dünyasını dəyişib.
Onu birlikdə yaşadığı ailəsinin razılığı ilə koronavirusdan dünyasını dəyişənlər üçün nəzərdə tutulmuş qaydada Nyu Yorkda dəfn ediblər.