Çin bərpa olunan enerji texnologiyaları baxımından ABŞ-ı qabaqlayır və Çinə yetişməsək , gələcəkdə qlobal iqlim siyasətlərini formalaşdıra bilməyəcəyik.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri ABŞ xarici işlər naziri Antoni Blinken deyib.
Amerikanın iqlim siyasətindən bəhs edən Blinken bildirib:
“2040-cı ilədək qlobal iqlim dəyişikliyi səbəbiylə dünyada 4.6 trilyon dollarlıq bir infrastruktur boşluğu yaranacaq. ABŞ-ın da bunların necə qurulacağına böyük marağı var”.
Bu mövzuda Çinlə rəqabətə də toxunan Blinken, “Artıq geridə qaldıq. Çin dünyanın ən böyük günəş enerjisi panelləri, külək turbinləri, batareyalar və elektrikli nəqliyyat vasitələri istehsalçısıdır. Dünyanın yenilənə bilən enerji konkilərinin üçdə birinə sahibdir”,- bildirib.
ABŞ-ın iqlim dəyişikliyi ilə bağlı əsas hədəfinin qlobal bir fəlakətin qarşısını almaq olduğunu söyləyən Blinken, ölkəsinin də bu yenilikçi texnologiyaların iqtisadi cəhətdən və dünyaya ixrac edilməsi maraqlarının olduğuna diqqət çəkib.