ABŞ-dan LNG qazının ilk partiyası Almaniyaya çatdırıldı

Almaniya ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) ilk partiyasını qəbul edib. 

 

Modern.az xəbər verir ki, bu barədə “Deutsche Welle” nəşri məlumat yayıb.

 

Bildirilib ki, LNG qazı artıq Vilhelmshavendə yeni açılan terminala çatdırılıb. Mayeləşdirilmiş təbii yanacaq qaz halına gətiriləcək və Almaniyanın qaz kəmərləri şəbəkəsinə vurulacaq.

 

Qeyd edək ki, Almaniya Rusiya qazından asılılığı azaltmaq və bütövlükdə imtina məqsədilə ABŞ-dan qaz idxalını artırıb.

Mənbə

Share: