ABŞ Dövlət Departamentinin rəsmisi Ermənistan-Azərbaycan sərhədində

ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr üzrə ofisinin direktoru Mark Kameron Ermənistanda səfərdədir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

 

Bildirilib ki, Mark Kameron Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müşahidə etmək üçün Ermənistanın Geqarkunik şəhərinə səfər edib.

 

“O, ABŞ-ın Ermənistanın suverenliyinə və Cənubi Qafqazda dayanıqlı sülhə davamlı dəstəyini vurğulayıb”, – səfirlik bildirib.

Mənbə

Share: