“ABŞ dünya tarixində deyil, bütün dünyanın tarixində ən qüdrətli millətdir…”

“ABŞ dünya tarixində deyil, bütün dünyanın tarixində ən qüdrətli millətdir…”

 

“Biz olmasaq, İsrail və  Ukraynaya yardımları kim edəcək? ABŞ bunu etməyə borcludur və bütün imkanlara malikdir…”

 

“Amerikanın Ukrayna və İsrailə yeni hərbi yardım paketi 2 milyard dollardan artıq olacaq…”

 

ABŞ pezidenti Co Baydenu bəyan edib ki, onun ölkəsi həm İsrailə, həm də Ukraynaya dəstək vermək, bu zaman “ümumi beynəlxalq müdafiəni” qoruyub saxlamağa qadirdir.

 

Moderator.az xəbər verir ki, bu barədə o, “CBS News” telekanalının efirində bəyan edib.

 

Amerika lideri deyib ki, Birləşmiş Ştatların bunun üçün imkanları var və onlar “bunu etməyə borcludur”, CNN yazıb.

 

“Biz olmasaq, bunu kim edəcək?” – o, ABŞ-ın eyni zamanda hər iki müharibəni apara biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

 

“Allah xatirinə, Amerika Birləşmiş Ştatları dünya tarixində deyil, bütün dünyanın tarixində ən qüdrətli millətdir. Biz hər ikisi ilə bağlı qayğı göstərə, bu zaman biz ümumi beynəlxalq müdafiəni qoruyub saxlaya bilərik”, – Bayden deyib.

 

Bu arada isə bəlli olub ki, ABŞ-ın Ukrayna və İsrailə yeni hərbi yardım paketi 2 milyard dolllardan artıq olacaq.

 

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CBS şirkətinin həftəlik “Face the Nation” proqramının efirində bəyan edib.

 

Новый пакет помощи Израилю и Украине от США превысит 2 млрд долларов, — Салливан

 

O, qeyd edib ki, ABŞ prezidenti Co Bayden bu həftə ABŞ Konqresi ilə yeni hərbi yardım paketinin təsdiq edilməsinin zəruriliyi barədə intensiv danışıqlar aparacaq.

 

Amerikalı məmur qeyd edib ki, ABŞ Konqresində Nümayəndələr Palatasında Kevin Makkartinin istefasından sonra spikerin seçilməsi ilə bağlı böhrandan sonra qanunların qəbulu bloklanmış olaraq qalır. 

 

Oktyabrın 3-də onun vəzifədən kənarlaşdırılmasının lehinə 216, əleyhinə 210 konqresmen səs verib. Lehinə səs verənlər arasında onun öz partiyadaşları da olub.

 

Oktyabrın 8-də bəlli olub ki, ABŞ İsrailə yardım paketi hazırlayır. ABŞ Senatında İsrailin müdafiəsinin əlavə maliyyələşdirilməsi təklif edilib.

 

Oktyabrın 10-da ABŞ ordusu Konqresə İsrail və Ukraynaya hərbi yardımı birləşdirməyə çağırış edib. Bundan öncə ABŞ HƏMAS-ın hücumlarından sonra İsrailə döyüş sursatları göndərmək yolu ilə yardım vəd edilib.

 

ABŞ ordusunun komandanı Kristin Vormut bəyan edib ki, Konqres əlavə maliyyələşdiməni təsdiq etməlidir ki, Pentaqonun döyüş sursatlarının istehsalı və əldə edilməsi üzrə planlarının eyni vaxtda həm İsrailin, həm də Ukraynanın tələbatlarının ödənilməsinə zəmanət vermək mümkün olsun.

Mənbə

Share: