ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində 58 yaşlı biznesmen tutulub.
Milletinsesi.az xəbər verir ki, onun “Dolarian Capital İnc” silah satışı şirkətinin rəhbəri olan erməni əsilli Aras Dolaryan olduğu bildirilib. Dolaryan qanunsuz silah dövriyyəsində, çirkli pulların yuyulmasında ittiham edilir.
O, həmçinin, Şərqi Avropa və Cənubi Afrika Respublikasından milyardlarla dollarlıq partlayıcı qurğuların, raketlərin, atıcı silahların Nigeriyaya tədürükündə şübhəli bilinir. Dolaryanın bunun üçün Bolqarıstanın Sofiya şəhərində Nigeriya şirkətlərindən biriylə müqavilə imzaladığı qeyd edilir.