Amerika siyasətçiləri ilk dəfə olaraq Ermənistana silah satmaq imkanını nəzərdən keçirirlər.
Modern.az xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) sosial şəbəkə hesablarında məlumat yayıb.
“1991-ci ildə Ermənistanın müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq amerikalı siyasətçilər silah satışını müzakirə edirlər. Konqresdəki hər iki partiya bunun üçün təyziq edib”, – ANCA bildirib.