ABŞ Ermənistana yeni səfir təyin etdi

ABŞ Ermənistana yeni səfir təyin etdi

ABŞ Senatı (Konqresin Yuxarı Palatası) Kristina Kvinin Ermənistana səfir təyin olunmasını təsdiqləyib.

Millətin Səsi.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, o, 2019-cu ildən ABŞ-ın Ukraynada səfir işləyib. 2016-2019-cu illərdə rəsmi Vaşinqtonun Fransadakı səfirinin iqtisadi məsələlər üzrə müavini olub.

K.Kvin diplomatik xidmət ərzində ABŞ-ın Tailand, Böyük Britaniya, Avropa İttifaqı, Rusiya və Filippindəki diplomatik missiyalarında müxtəlif vəzifələrdə çalışıb.

Mənbə

Share: