ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ-ın Ermənistandakı səfirliyi ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında məlumat yayılıb.

 

Qeyd olunub ki, İrəvanda 5 noyabrda keçirilməsi gözlənilən mitinq zamanı qarşıdurmalar ola və gözlənilməz vəziyyət yarana bilər.

 

ABŞ-ın ölkədəki səfirliyi öz vətəndaşlarını bu mitinqdə iştirakdan çəkinməyə və insanların sıx toplaşdığı yerlərdən uzaq olmağa çağırıb: “Hətta dinc keçirilməsi nəzərdə tutulan mitinqlər də qarşıdurmaya çevrilə bilər və bu səbəbdən sərt tədbirlərin tətbiqi gözlənilir”.

 

Xatırladaq ki, sabah Ermənistan müxalifəti Fransa meydanında mitinq keçirəcək.

Mənbə

Share: